Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2023-cü ilin mart ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, martın 7-də Ağdaş şəhərində yerləşən Ağdaş Dövlət Humanitar Kollecində Ağdaş rayon ərazisində müvəqqəti məskunlaşmış sakinlərlə səyyar qəbul keçirdi. Görüşdə Şahmar Usubovla birgə, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Bəxtiyar Allahverdiyev, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev və əsasən Xocalı rayonunun Kosalar kəndindən olan sakinlər iştirak etdilər.Sakinlərin ümumi qaldırdığı məsələ Böyük Qayıdış prosesi zamanı əhalinin öz doğma torpaqlarında məskunlaşmasına köməklik olunması ilə bağlı oldu. Eyni zamanda əhalinin müvəqqəti məskunlaşdıqları ərazilərdə sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün torpaq sahəsinin verilməsi üçün müraciət olundu. Səyyar qəbulda işlə təminounma, plastik kartların dəyişdirilməsi kimi fərdi məsələlər də səsləndirildi.İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərdən həlli mümkün olan məsələlərin yerində həll olunmasına göstəriş verdi, digər məsələlər isə nəzarətə götürüldü.